Əllə toxunan parça, yaxud xovsuz xalça növü.
Onun eni 25–30 sm, uzunluğu 15–30 m və daha artıq ola bilər. C.-in rəngli paralel zolaqları var, çox vaxt bu zolaqlar müxtəlifformalı həndəsi elementlərlə bəzədilir. Keçmişdə C.-dən qadın və kişi geyimləri, yük pərdəsi, örtüklər tikmək üçün, eləcə də döşənəcək və divar xalçası kimi istifadə olunub.
Tarix terminləri lüğəti