Reklam
Reklam

Tarix terminləri lüğəti

embarqo

isp. embargo – yasaqlama, həbs qoyma

Bir dövlətin hakimiyyət orqanları tərəfindən ölkəyə mal, xidmətlər, valyuta və digər qiymətli əşyaların gətirilməsinə, yaxud onların ölkədən çıxarılmasına qoyulan qadağa.

E. həmçinin hər hansı xarici ölkənin həmin dövlət ərazisindəkı əmlakını həbs etməyə imkan verir. Belə qadağa çərçivəsində istənilən ölkə digər dövlətlərə məxsus gəmilərin və yüklərin öz limanlarına girməsini, yaxud oradan çıxmasını yasaqlaya bilər. E. müharibə və dinc dövrdə tətbiq olunur. Dinc dövrdə E. digər ölkəyə qarşı siyasi, iqtisadi və maliyyə təzyiqi vasitəsi rolunu oynayır. BMT nizamnaməsi beynəlxalq təhlükəsizliyi təhdid edən ölkələrə qarşı cəza tədbiri kimi kollektiv E.-nun tətbiqini nəzərdə tutur.

Tarix terminləri lüğəti