lat. forum – hərfi mənası: sərdabənin önü, bazar meydanı, mərkəzi meydan
1. Qədim Roma şəhərlərində bazar meydanı.
Məbədlər və inzibati binalarla əhatələnmiş F.-lar şəhərlərdə ictimai-siyasi həyat mərkəzləri olub. Onların arasında ən tanınmışı Roma F.-u sayılır. İlk öncə Roma F.-unda yalnız bazar yerləşsə də, sonralar burada xalq məclisləri təşkil olunmağa başlanıb, senatın iclaslarını keçirmək üçün bina inşa edilib. Beləliklə, F. siyasi funksiya da daşımağa başlayıb.
2. Qlobal məsələlərin müzakirəsi məqsədilə təşkil olunmuş kütləvi yığıncaq, böyük tədbir; məs.: dünya gənclərinin beynəlxalq F.-u.
Tarix terminləri lüğəti