Tərkibi əsasən gil minerallarından ibarət çökmə süxur.
Plastiklik xassəsinə malikdir. G. aşınma yerində gilli məhsulların toplanması və aşınma məhsullarının aparılaraq dənizlərdə və həmçinin kontinental şəraitdə çökdürülməsi nəticəsində əmələ gəlir. G. və gilli şistlər Yer qabığındakı çökmə süxurların yarıdan çoxunu təşkil edir. G. faydalı qazıntıdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti