lat. conglameratus – toplanma, sıxışdırılma
1. Müxtəlif predmetlərin, onların hissələrinin, anlayışların, baxışların və s.-nin mexaniki surətdə birləşdirilməsi; nizamsız yığım, toplaşma.
2. Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin vahid təşkilatda birləşməsinə əsaslanan inhisarçı birlik forması.
Adətən, K. hər hansı konkret sahədə yaranmış vəziyyətdən asılılığı aradan qaldırmaq, istehsalı diversifikasiya etmək məqsədilə yaradılır.
Tarix terminləri lüğəti