Ekoloji, tarixi dəyərinə, digər keyfiyyətlərinə görə böyük əhəmiyyət kəsb edən, təbiəti mühafizə, elmi-tədqiqat, mədəni-maarif məqsədləri ilə müəyyənləşdirilmiş xüsusi istifadə rejiminə malik olan ərazilər.
Qoruqlardan fərqli olaraq M.P.-larda turist gəzintilərinə, insanların yaşamasına və məhdud formada təsərrüfat fəaliyyətinə icazə verilir. Dünyada ilk M.P. 1872-ci ildə ABŞ-da konqresin qərarı ilə yaradılmış Yellouston parkıdır. O, üç ştatın ərazisində yerləşir. Sahəsinə görə planetin ən böyük M.P.-ı kimi 1974-cü ildə təsis edilmiş Şimal-Şərqi Qrenlandiya parkı isə Qrenlandiyanın təxminən yarısını əhatə edir – 972 min km².
Coğrafiya terminləri lüğəti