Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

monarxiya

yun. monarchia – təkhakimiyyətlilik

Hakimiyyətin monarxın (kral, knyaz, sultan, əmir və b.) əlində cəmləşdiyi və irsən ötürüldüyü dövlət idarəçiliyi forması.

M.-nın üç forması var: konstitusiyalı M., mütləq M. və teokratik M. Konstitusiyalı M. ölkələrində monarxın hakimiyyəti konstitusiya ilə məhdudlaşdırılır, qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə verilir; monarx, adətən, dövlət hakimiyyətinin təmsilçisi, formal əlaməti kimi saxlanılır (məs.: Böyük Britaniya, Tailand, İspaniya, Mərakeş və s.). Mütləq M.-da monarxın təkbaşına hakimiyyəti çox güclü olur (məs.: Bruney, İordaniya və s.). Teokratik M.-da isə siyasi hakimiyyət din xadimlərinin əlində cəmləşir (məs.: Vatikan, Səudiyyə Ərəbistanı).

Coğrafiya terminləri lüğəti