monq. noen – ağa, knyaz
Monqolustanda dünyəvi feodal.
Öncə (XI əsr – XII əsrin I yarısı) qədim aristokratik nəsillərin başçıları olan N.-lar sonradan (XII əsrin II yarısından) feodallaşmış əyanların nümayəndələrinə çevriliblər. XIII–XIV əsrlərdə Monqol imperiyası dövründə N.-lar feodal sinfini təşkil ediblər. Sonrakı feodal pərakəndəliyi (XIV–XVII əsrlər) dönəmində isə onlar mərkəzi xan hakimiyyətindən asılı olmayan müstəqil feodal hakimlərinə çevriliblər. Mancur hökmranlığı zamanı (XVII əsr – XX əsrin əvvəli) N.-lar hər cür siyasi müstəqillikdən məhrum ediliblər. 1911–1919-cu illərdə N.-lar öz hakimiyyətlərini bərpa etsələr də, 20-ci illərin əvvəlində Monqolustanda kommunist rejiminin qurulması ilə onların mövcudluğuna son qoyulub.
Tarix terminləri lüğəti