lat. referendum – xəbər verilməli olan
Konstitusiya, qanunvericilik, habelə daxili və xarici siyasət sahəsində ən mühüm məsələlər üzrə qərarların ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üsulu.
Konstitusiya R.-unda anayasa layihəsi və ya ona dəyişikliklər, qanunvericilik R.-unda yeni qanun layihəsi, yaxud onun başlıca müddəaları səsverməyə çıxarılır. R. birbaşa demokratiyanın elementlərindən sayılır. Ümumxalq səsvermələrinin keçirilmə qaydaları xüsusi normativ aktlarla nizamlanır.
Tarix terminləri lüğəti