Ümumi prinsip
Bağlayıcılardan əvvəl və ya sonra vergülün işlənməsi ilə bağlı qaydalara bir çox elmi mənbələrdə və tədris vəsaitlərində rast gəlmək olar. Bu mənbələrdə az qala hər bir bağlayıcı ilə əlaqədar vergülün yeri göstərilir. Əslində isə...
Vergül üçün bağlayıcının heç bir əhəmiyyəti yoxdur; onun (vergülün) yeri həmcins cümlə üzvlərinin və mürəkkəb cümlə komponentlərinin sərhədidir. Sadəcə, bağlayıcıların əksəriyyəti həmin “sərhəddə” işlənir, ona görə də vergüllə qonşuluq edir.
Yaxşılıq hər şeyi məğlub edir, lakin özü heç vaxt məğlub olmur cümləsində vergül ona görə qoyulmur ki, “lakin” bağlayıcısından əvvəl vergül qoymaq lazımdır. Ona görə qoyulur ki, həmin yer iki cümlənin sərhədinə təsadüf edir. Bu cümlədə lakin bağlayıcısını onun qrammatik sinonimi ilə əvəz edək: Yaxşılıq hər şeyi məğlub edir, özü isə heç vaxt məğlub olmur. Göründüyü kimi, eyni funksiya daşıyan bağlayıcı sərhəddə olmadığına görə ondan bilavasitə əvvəl və ya sonra vergül qoyulmur. Vergülün yeri isə dəyişmir: yenə də komponentlərin sərhədindədir.
Əslində, bu istisnasız qaydanı izah etməklə bağlayıcı və vergül məsələsinə nöqtə qoymaq olardı. Lakin burada başqa bir məqam ortaya çıxır: vergül sərhədi göstərir, “sərhədçi” bağlayıcı isə sərhədin ya bu, ya da o tərəfində olmalıdır. Bəs o hansı tərəfdədir: əvvəlki komponentin sonunda, yoxsa növbəti komponentin əvvəlində? İlk növbədə bunu müəyyən etmək lazımdır. Əgər bağlayıcı 1-ci komponentin sonundadırsa, deməli, ondan sonra sərhəd yerləşir, yəni vergül qoyulur. Yox, əgər növbəti komponentin əvvəlindədirsə, deməli, vergül ondan əvvəl qoyulmalıdır.
Mürəkkəb cümlələrdə bağlayıcıların əksəriyyəti növbəti komponentin əvvəlində işlənir. Bu bağlayıcılardan əvvəl vergül qoyulur. Yalnız “ki” bağlayıcısı əvvəlki komponentin sonunda işlənir. Bu halda həmin bağlayıcıdan sonra vergül qoyulur. Bundan başqa, komponent daxilində işlənən bağlayıcılar da var ki, onlar vergüllə qonşuluq etmir
Göründüyü kimi, dil qaydalarında tez-tez “adətən”, “əksər”, “əsasən”, “bəzən” kimi sözlərdən istifadə etmək lazım gəlir. Bu isə onu göstərir ki, qaydalar istisnasız keçinmir. Daim əlavə şərhlərə ehtiyac qalır.
Bir çox bağlayıcılardan əvvəl vergül qoyulur
Cümlədə növbəti komponentin əvvəlində işlənən bağlayıcılardan əvvəl vergül qoyulur: amma, ancaq, lakin, fəqət, çünki, ona görə ki, ona görə də, odur ki, buna görə də, o cümlədən, eləcə də, həmçinin, habelə və s.
Ki bağlayıcısı
Ki bağlayıcısı mürəkkəb cümlənin 1-ci komponentinin sonunda işləndikdə ondan sonra vergül qoyulur:
Qeyd 1: Ki bağlayıcısı feili bağlamadan sonra da işlənə bilər. Bu halda bağlayıcı funksiyasını saxlasa da, ondan sonra vergül qoyulmur, çünki cümlə komponentləri arasında işlənmir:
Qeyd 2: Ki bağlayıcısını ki ədatından fərqləndirmək lazımdır. Bu ədatdan sonra vergül qoyulmur:
Belə bir fikir var ki, cümlədə ədatı ixtisar etmək olar; bu halda, sadəcə, cümlənin ekspressivliyi azalır. Lakin bu fikir heç də həmişə özünü doğrultmur. Ki ədatı bəzi hallarda qrammatik konstruksiyanın tərkib hissəsi kimi çıxış edir:
Qeyd 3: Ki ədatı cümlə komponentlərinin sərhədinə təsadüf edərsə, ondan sonra vergül qoyulur:
Diqqət: ona görə ki, odur ki, madam ki, elə ki, bir halda ki, nə zaman ki, onda ki, o yerdə ki, nə qədər ki və s. bağlayıcılarından və bağlayıcı sözlərindən sonra vergül qoyulmur:
Müqayisə et: “o zaman ki” bağlayıcı sözü və “o zaman” + “ki” bağlayıcısı:
Müqayisə et: “ona görə ki” bağlayıcısı və “ona görə” + “ki” bağlayıcısı:
Qeyd 5: Elə məqamlar da var ki, qrammatik parametrdən çox intonasiyaya diqqət yetirmək lazım gəlir:
Bir sözlə, ki-nin bağlayıcı, bağlayıcı sözün tərkib hissəsi, yoxsa ədat olması ilə bağlı çox baş sındırmağa dəyməz; əgər bu söz mürəkkəb cümlə komponentlərinin sərhədində işlənirsə, ondan sonra vergül qoyulur.
Cümlə komponenti daxilində işlənən bağlayıcılar
Mürəkkəb cümlənin komponentləri arasında deyil, komponent daxilində işlənən bağlayıcılar da var: əgər (ki), madam (ki), hərgah, indi ki, bir halda ki, isə və s. Bu bağlayıcılardan bilavasitə əvvəl və ya sonra vergül qoyulmur:
Qeyd: İsə istisna olmaqla bu bağlayıcılar, əsasən, 1-ci komponentin əvvəlində işlənir və növbəti komponentlə əlaqə yaratmağa xidmət edir. Lakin bəzi mürəkkəb cümlələrdə bu komponentlərdən əvvəl də cümlə işlənə bilər. Bu halda bağlayıcıdan əvvəl vergül qoyulur:
Bu cümlədə vergül əgər bağlayıcısına görə yox, komponentlərin sərhədinə təsadüf etdiyinə görə qoyulub.
Qoşa işlənən bağlayıcılar (nə ... nə də, gah ... gah da, ya ... ya da, həm ... həm də, istər ... istərsə də)
Bu cür bağlayıcıların birincisindən əvvəl və ya sonra vergül qoyulmur. Təkrar olunan sonrakı bağlayıcılardan əvvəl vergül qoyulur, çünki məhz onlar həmcins üzvlər və ya cümlə komponentləri arasında işlənir:
Qeyd: Bəzi qoşa işlənən bağlayıcıların 1-ci komponenti cümlədə ixtisar oluna bilər:
Çox zaman birgə işlənən nəinki, hətta sözləri də cümlələrdə bağlayıcı funksiyası daşıyır. Bu zaman hətta bağlayıcısından əvvəl vergül qoyulur, çünki bu söz həmcins üzvlərin və cümlə komponentlərinin arasında işlənir:
Hətta, nəinki sözləri cümlədə tək də işlənir. Belə olduqda onlar daha çox ədat funksiyası daşıyır: özündən sonra gələn söz və ya cümlənin təsir gücünü artırır:
Müqayisə et:
Beləliklə, ümumi prinsip – cümlə komponentləri arasında vergülün işlənməsi bütün hallarda dəyişməz olaraq qalır:
Təkrar olunan da, də bağlayıcısı həmcins üzvlər arasında işlənərkən bu bağlayıcılardan sonra (sonuncudan başqa) vergül qoyulur:
Mürəkkəb cümlənin komponentlərini bağlayarkən bu bağlayıcılardan bilavasitə əvvəl və ya sonra vergül qoyulmur:
Məsələn bağlayıcısı
Məsələn bağlayıcısı ümumiləşdirici sözlə həmcins üzvlər arasında işləndikdə ondan əvvəl vergül, sonra iki nöqtə qoyulur:
Həmcins üzvlər cümlənin sonunda da gələ bilər; bu halda da “məsələn” bağlayıcısından sonra iki nöqtə qoyulur, lakin ondan əvvəl nöqtəli vergül də qoyula bilər.
Mürəkkəb cümlənin komponentləri arasında işləndikdə bu bağlayıcıdan əvvəl vergül və ya nöqtəli vergül, sonra isə vergül qoyulur:
“Məsələn” sözü ilə cümlə də başlaya bilər. Bu halda ondan sonra vergül qoyulur:
“Məsələn” sözü cümlədə ara söz funksiyasını da yerinə yetirə bilər. Bu halda da vergüllə digər sözlərdən ayrılır:
Belə ki bağlayıcısı
Yazıda bəzən belə ki bağlayıcısından sonra vergül qoyulur. Bu bağlayıcıdan əvvəl vergülün işlənməsi məntiqə uyğundur, çünki həmin bağlayıcı ilə cümlənin ikinci komponenti başlayır. Lakin ondan sonra vergülün zəruriliyi şübhə doğurur. Axı ona görə ki, odur ki bağlayıcılarından sonra vergül qoymuruq. Bu bağlayıcı ilə eyni funksiya (aydınlaşdırma funksiyası) daşıyan yəni, xüsusilə bağlayıcılarından sonra da vergül qoyulmur.
Və, və ya, və yaxud
Və bağlayıcısı cümlədəki funksiyasına görə vergülü əvəz edir. Buna görə də cümlə üzvləri və cümlənin komponentləri arasında işlənsə də, bu bağlayıcıdan əvvəl və ya sonra vergül qoyulmur:
Və ya, yaxud bağlayıcılarından istifadə edəndə də vergülə ehtiyac olmur:
İnversiya və vergül
Cümlədə söz sırası pozulduqda bağlayıcıların da yeri dəyişə bilər.
1. Komponentlərin sərhədində işlənən bağlayıcı komponent daxilinə “sürüşə” bilər:
Bir gün sənə əl açıb düşməyim xəcalətə. (N.Gəncəvi)
(Onunçün əlimi bu sənətə öyrətdim ki, ...)
2. Adətən komponent daxilində işlənən bağlayıcı sərhəddə yer ala bilər:
Sənin də yükünü bütün el çəkər. (N.Gəncəvi)
(Əgər sən də əldən düşüb yorulsan, ...)
Nəticə: Göründüyü kimi, vergül bağlayıcıdan asılı olmayaraq, öz prinsipini pozmur: cümlənin həmcins üzvləri və komponentləri arasında işlənir. Bəzi bağlayıcılar istisna təşkil edir:
1. Və, və ya, (və) yaxud bağlayıcıları vergülsüz işlənir.
2. Məsələn, belə ki bağlayıcılarından sonra vergül qoyulur.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.