Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Orfoqrafiya
The author: Rafiq İsmayılov

İxtisar və qısaltmalar

 

Mürəkkəb adların tam ixtisarları böyük hərflə yazılır:

  • Azərbaycan Respublikası – AR
  • Birləşmiş Millətlər Təşkilatı BMT
  • Milli Məclis – MM

 

Tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır:

  • cild – c.
  • kiloqram – kq
  • santimetr – sm
  • və sairə – və s.
  • və başqaları – və b.

 

Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır:

  • akademik – akad.
  • Azərbaycan Dövlət Nəşriyyatı – Azərnəşr
  • doktor – dok.
  • dosent – dos.
  • professor – prof.

 

İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır:

  • AMEA-dan
  • BDU-ya
  • İSESCO-da
  • MDB-nin
  • UNESCO-nun
  • ABŞ-dən

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.