Qoşasamitli alınma sözlər
Mənbə dildə tərkibində qoşa samit olan alınma sözlər iki cür yazılır:
|
Bir samitlə |
Qoşa samitlə |
|
abreviatur |
affekt |
|
aksesuar |
akkord |
|
aqlütinativ |
aqressiya |
|
aparat |
ammonyak |
|
apendisit |
apellyasiya |
|
diferensial |
attestat |
|
kaset |
effekt |
|
masaj |
opponent |
|
paralel |
simmetriya |
|
pasaj |
spagetti |
|
şose |
suffiks |
Qeyd: Apellyasiya sözü əvvəlki lüğətlərdə apelyasiya kimi (bir l ilə) verilmişdir. Bu sözün orfoqrafik normasının dəyişdirilməsinin hansı zərurətdən doğduğunu izah etmək çətindir. Mənbə dildə (lat. appellatio) bu söz iki “p”, iki “l” ilə yazılır. Ola bilər, lüğət tərtibçiləri rəsmi sənədlərdən (Apellyasiya məhkəməsi, apellyasiya şikayəti) çıxış edərək sözün orfoqrafik normasını dəyişmək qərarına gəliblər.
Ümumiyyətlə, orfoqrafiya qaydalarında “apellyasiya” sözünü istisna kimi göstərməyə ehtiyac yox idi, çünki dilimizdə iki “l” ilə yazılan Avropa mənşəli sözlər çoxdur: hallüsinasiya, allergiya, allüziya, ballast, artilleriya və s.
Bir sıra dillərdə sonu eynicinsli qoşa samitlə bitən sözlər Azərbaycan dilində bir samitlə yazılır:
|
düzgün |
yanlış |
|
bras |
brass |
|
ekspres |
ekspress |
|
kilovat |
kilovatt |
|
konqres |
konqress |
|
kros |
kross |
|
stres |
stress |
Qeyd: Orfoqrafiya qaydalarının 4.7. maddəsində qeyd edilir ki, “Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır”. 4.6. maddəsində isə bir samitlə yazılan sözlərə (aparat və s.) nümunə olaraq vat sözü verilmişdir. Lüğətdə bu söz ölçü vahidi olaraq vatt kimi yazılmışdır. Beləliklə, vat yazılışının texniki səhv olduğunu güman etmək olar.
Qeyd: Press və pres sözləri paronimdir:
press – mətbuat (press-attaşe)
pres – sıxac (pres-qəlib)
Press sözü lüğətdə yer alsa da, ayrılıqda işlənmir, yalnız alınma morfem kimi bəzi sözlərin tərkibində rast gəlinir (press-reliz).
Yadda saxla: Ssenari, ssuda sözləri iki s ilə yazılır.
“A” ilə bitən sözlər
Mənbə dillərdə sonu a ilə bitən alınma sözlərdən bəziləri a-sız, bəziləri isə a ilə yazılır:
|
a-sız |
a ilə |
|
abreviatur |
adenoma |
|
anket |
anafora |
|
anten |
angina |
|
armatur |
doktrina |
|
atmosfer |
fabula |
|
dendrari |
faktura |
|
faner |
forma |
|
idiom |
xarizma |
|
kaset |
kamfora |
|
kayut |
klaviatura |
|
qravür |
kokarda |
|
lent |
kometa |
|
mansard |
kommuna |
|
metafor |
korrektura |
|
reform |
litota |
|
sitat |
maqnituda |
|
struktur |
plazma |
|
vitrin |
sfera |
Göründüyü kimi, bu məsələdə dəqiq prinsip yoxdur. Etimoloji baxımdan eyni strukturlu sözlərdən bəziləri a ilə, digərləri a-sız yazılır (abreviatur, klaviatura). Təəssüf ki, bəzən ixtisarın tələffüzdə yaratdığı çətinliklər nəzərə alınmır: reform, sintaqm.
Qeyd: Orfoqrafiya lüğətində həm kamer, həm də kamera sözləri var. İzahlı lüğətdə yalnız kamera sözü yer alıb. Bu sözün mənaları çoxdur. Hər bir yazılışın hansı mənaya aid olduğu müəyyənləşdirilməlidir.
Qeyd: Lüğətdə konyunktur sözü yer almışdır. Bu söz dilimizdə sifət kimi işlənir: konyunktur yazı. Bununla yanaşı, konyunktura sözü də geniş işlənir: ədəbiyyatda konyunktura. Nədənsə bu söz lüğətdə əks olunmamışdır. Belə düşünmək olar ki, isim kimi işləndikdə də bu sözü a-sız yazmaq lazımdır.
Mənbə dillərdə (yunan, rus) qramma (yazı) kimi yazılan söz-hissəcik dilimizdə qram kimi yazılır:
|
düzgün |
yanlış |
|
fonoqram |
fonoqramma |
|
orfoqram |
orfoqramma |
|
teleqram |
teleqramma |
“Ü”, yoxsa “yu”?
Mənbə dildə [yu] və ya [ü] kimi tələffüz olunan u saitli sözlər ü hərfi ilə yazılır:
|
düzgün |
yanlış |
|
alüminium |
alyuminium |
|
büro |
byuro |
|
distribütor |
distribyutor |
|
karbürator |
karbyurator |
|
kompüter |
kompyuter |
|
sürrealizm |
syurrealizm |
Qeyd: Adyutant, konyunktivit, konyunktur, kostyum, molyusk, plyus, salyut, valyuta kimi sabitləşmiş sözlərdə bu qayda tətbiq olunmur.
“A”, “ə”, yoxsa “e”?
İngilis dilində bir çox sözlərdə a hərfi tələffüzdə [æ] kimi səslənir: flash [flӕʃ], brand [brӕnd], cash [kӕʃ], fact [fӕkt]. Bu səs Azərbaycan dilindəki [ə] səsinə uyğun gəlir. Bununla belə, bu sözlərin bir çoxu vaxtilə rus dili vasitəsilə mənimsənildiyinə görə bizdə həmin sözlərin rus orfoqrafiyası normaları sabitləşmişdir:
|
ingilis |
rus |
Azərb. |
|
brand |
бренд |
brend |
|
fact |
факт |
fakt |
|
scanner |
сканер |
skaner |
|
stand |
стенд |
stend |
Son dövrdə bir çox sözlərin birbaşa Avropa dillərindən alınması ilə əlaqədar yeni alınmış bir sıra sözlər ə ilə yazılır:
|
ingilis |
rus |
Azərb. |
|
flash |
флэш |
fləş |
Qeyd: Sonuncu orfoqrafiya lüğətində
keşbek (cashback – ödənilmiş məbləğin bir hissəsinin müştəriyə qaytarılması) sözü yer almışdır. Bu sözün kəşbək şəklində yazılması daha düzgün olardı.
Son dövrdə dilimizdə geniş yayılmış həştəq, stəndap sözləri isə lüğətdə ümumiyyətlə yer almamışdır.
Rus dilində -iy, -skiy ilə bitən sözrlərin sonundakı y yazılmır:
|
düzgün |
yanlış |
|
Çernışevski |
Çernışevskiy dendrari |
|
herbari |
herbariy |
|
krematori |
krematoriy |
|
Qorki |
Qorkiy |
|
planetari |
planetariy |
|
ssenari |
ssenariy |
|
Çernışevski |
Çernışevskiy dendrari |
İstisna: Profilaktoriya, sanatoriya sözləri istisnadır (? – R.İ.).
Qeyd: Bir sıra kimyəvi element adları var ki, rus dilində -iy ilə bitsə də, mənbə dildə (yunan, latın) olduğu kimi -ium sonluğu ilə yazılır: kalium, natrium, alüminium.
Rus dilində г (q) ilə yazılan alınma sözlər mənşəyindən asılı olaraq iki cür yazılır:
|
h ilə |
g ilə |
|
hegemon |
agent |
|
hektar |
etnogenez |
|
hepatit |
general |
|
hermenevtika |
geologiya |
|
hidrogen |
gigiyena |
|
himn |
gimnastika |
|
hospital |
gitara |
Müqayisə et:
|
ingilis |
rus |
Azərb. |
|
agent |
агент |
agent |
|
hectare |
гектар |
hektar |
|
hymn |
гимн |
himn |
|
guitar |
гитара |
gitara |
Qeyd: Orfoqrafiya lüğətində bloq sözü yer alsa da, bloger əvəzinə bloqçu verilmişdir. Bununla belə, videobloger sözünə rast gəlmək olar, ona görə də bloger sözünün işlənməsi səhv sayıla bilməz.
Mənbə dildə h ilə yazılan bir sıra sözlər var ki, rus dilində x ilə yazılsa da, Azərbaycan dilində mənbə dildəki kimi yazılır:
|
ingilis |
rus |
Azərb. |
|
hockey |
хоккей |
hokkey |
|
hobby |
хобби |
hobbi |
|
hot dog |
хот-дог |
hot-doq |
Xolesterol, xromosom tipli sözlər bu kateqoriyaya aid deyil, çünki mənbə dildə x [kh] kimi tələffüz olunur.
Qeyd: İngilis dilində omonim sözü homonym kimi yazılır. Orfoqrafiya lüğətində homonim sözü yer almışdır. İzahlı lüğətdə belə söz yoxdur. Çox güman ki, bu söz lüğətə biologiya termini kimi salınmışdır.
Rus dilində tərkibində ц (ts) olan sözlər s ilə yazılır:
|
düzgün |
yanlış |
|
dosent |
dotsent |
|
lisey |
litsey |
|
presedent |
pretsedent |
|
sement |
tsement |
İstisnalar:
1) blits, ratsiya sözləri;
2) vitse, metso morfemləri: vitse-prezident, metso-soprano;
3) çar (царь) sözü.
Xüsusi isimlərdə sözün əvvəlində s, ortasında və axırında ts yazılır:
|
düzgün |
yanlış |
|
Motsart |
Mosart |
|
Muromets |
Muromes |
|
Setkin |
Tsetkin |
|
Siolkovski |
Tsiolkovski |
|
Svayq |
Tsvayq |
Rus dilində tərkibində щ (şş) olan alınma sözlərin əvvəlində və axırında bir ş, ortasında isə iki ş (şş) yazılır: Şerba, borş, Quşşin.
|
düzgün |
yanlış |
|
meşşan |
meşan |
|
Şedrin |
Şşedrin |
|
şotka |
şşotka |
|
Vereşşagin |
Vereşagin |
Normalara əsasən, əsli w samitli alınma sözlər v ilə yazılmalıdır: veb-sayt, Vilyam, Vatson və s.
Lakin dilimizdə adaptasiya zamanı u saiti ilə sabitləşmiş sözlər də var:
Odur ki bu qaydada dəyişiklik edilməsi məqsədəuyğun olardı: ingilis mənşəli sözlərin tərkibindəki w samiti v və ya u ilə yazılır.
|
Alınma sözlərin fonetik adaptasiyası ilə bağlı konseptual qaydalar olmadığından onların yazılış normalarında tez-tez dəyişikliklər edilir, bu isə çox zaman etiraz doğurur. Burada aşağıdakı prinsiplər əsas götürülə bilər:
1. Yeni alınma sözlər lüğətə salınarkən onların mənbə dildə tələffüzü əsas götürülməlidir. Dale Carnegie – Deyl Karnegi, Michael Jackson – Maykl Cekson. Əgər yazılış prinsipini əsas götürsək və bu prinsipə sadiq qalsaq, çox az adam tapılar ki, yazıçı Haruki Murakaminin adını oxuya bilsin: 村上春樹.
2. Əgər dilimizdə hər hansı alınma sözün yazılış forması sabitləşibsə, orfoqrafik normaları əsas götürərək həmin sözdə dəyişiklik etməyə ehtiyac yoxdur. Məsələn, uzun illər dilimizdə “metafora” kimi sabitləşmiş sözün 2004-cü il lüğətində “metafor” kimi təqdim olunması birmənalı qarşılanmadı və indiyə qədər iki cür yazılır.
3. Yeni alınma sözün tələffüzündə Azərbaycan dilinin fonetik sisteminə yad olan səslərin adaptasiyası zamanı mövcud qaydalara riayət etmək lazımdır.
|
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.