Cümlədə vergülün vacib olduğu bir sıra hallar var ki, xüsusi qaydalarla tənzimlənmir. Aşağıda həmin nitq situasiyaları nəzərdən keçirilir.
Substantivləşmiş sifət mübtəda rolunda çıxış edəndə:
İkinci cümlədə vergülün qoyulması ilə bağlı xüsusi qayda yoxdur, lakin bu halda vergül qoyulmasa, fikir düzgün qavranılmaz.
Başqa bir nümunə:
Daha bir nümunəyə diqqət edək:
Doğrudur, vergül olmadığına görə “gənc” sözünü mübtəda kimi qəbul etməliyik. Bu baxımdan cümlədə punktuasiya səhvi yoxdur. Lakin mübtədadan sonra vergül qoyulduqda cümlə daha asan qavranılır:
İsimlə ifadə olunan mübtədadan sonra mənsubiyyət şəkilçili isim gələndə. Bu halda vergül qoyulmadıqda birinci iki söz qeyri-müəyyənlik bildirən ismi birləşmə kimi qəbul edilə bilər):
Mübtədadan sonra qeyri-müəyyən yiyəlik halda isim gələndə. Bu halda vergül qoyulmadıqda təyini söz birləşməsi kimi qəbul edilə bilər:
Qeyri-müəyyən şəxsli cümlələrdə də bəzən fikrin aydın olması üçün müəllif vergülünə ehtiyac olur:
Mübtədadan sonra feili bağlama (tərkibi) gələndə:
Bu cümlədə “parçalanaraq” sözü subyektə (osmanlılar), yoxsa obyektə (Bizans) aiddir? Fikrin aydın olması üçün vergüldən istifadə etmək lazım gəlir:
Başqa bir nümunə:
(Vergül göstərir ki, dərslərini bitirən Nadirdir.)
(Vergül göstərir ki, dərslərini bitirən Nadirin dostlarıdır.)
Mübtədadan sonra feili sifət (tərkibi) gələndə:
Titul bildirən söz subyekt (mübtəda) rolunda çıxış edəndə:
Feili sifət (tərkibi) substantivləşib subyekt (mübtəda) rolunda çıxış edəndə:
Zərflik cümlənin əvvəlində gələndə onun feili tərkibə, yoxsa xəbərə aid olduğunu müəyyən etmək üçün vergüldən istifadə oluna bilər:
Feili bağlama, yoxsa həmcins xəbər?
Qaydalara görə feili bağlamadan sonra vergül qoyulmur. Lakin bəzi kontekstlərdə -ıb⁴ şəkilçisi həm feili bağlama, həm də keçmiş zaman şəkilçisi kimi qəbul edilə bilər. İkinci halda vergül vacibdir:
Beləliklə, vergülün işlənməsində iki məqamı xüsusi qeyd etmək lazımdır:
1. Semantika
İkimənalılığı aradan qaldırır: cümlədəki fikrin birmənalı qavranılmasını kömək edir, sözlərin hansı sintaqma aid olduğunu aydın göstərir:
2. Qrammatika
Yuxarıda vergülün qrammatik kateqoriyalarla bağlı işlənmə prinsiplərini qeyd etdik. Lakin nəzərə almaq lazımdır ki, qaydaların çoxluğu və qəlizliyi onların yazıda tez-tez pozulmasına gətirib çıxarır. Ona görə də onları mümkün qədər sadələşdirib semantik aspektə daha çox diqqət yetirmək məqsədəuyğun olardı.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.