Hər bir söz birləşməsi müəyyən məna daşıyıcısıdır. Lakin sözdən fərqli olaraq, söz birləşməsi daha konkret məna kəsb edir; burada açar sözün (əsas tərəfin) mənası əlavə sözlərlə (asılı tərəflə) dəqiqləşdirilir. Azərbaycan dilində əsas söz sintaqmın sonunda gəlir.
Diqqət yetirin, birləşmədəki sözlər informasiya yükünə (önəminə) görə nömrələnib:
4 3 2 1
Rəssamın tablosundakı detalların rolu
1. Açar söz – rol
2. Nəyin rolu? – detalların rolu
3. Hansı detalların rolu? – tablodakı detalların rolu
4. Kimin tablosundakı detalların rolu? – rəssamın tablosundakı detalların rolu
Müqayisə üçün deyək ki, bir çox hind-Avropa dillərində sintaktik konstruksiyalar fərqli söz sırasına malikdir. Burada açar söz həmişə əvvəldə gəlir və sözlər ümumi mənadakı əhəmiyyətinə görə sıralanır:
Rus dilində:
1 2 3 4
роль деталей в картине художника
Azərbaycan dilində söz birləşmələrindəki bu ardıcıllıq bəzən ikimənalılığa səbəb olur:
Bir qadın üç uşağı ilə, yoxsa üç qadın öz uşağı ilə?
Müəllimə məktubu yazan kimdir – Avraam Linkoln, yoxsa onun oğlu?
(Rus dilində bu problem yaranmır: В вагон вошли три женщины с детьми (или женщина с тремя детьми). Письмо Авраама Линкольна учителю своего сына)
Cümlədə olduğu kimi söz birləşməsində də həmcins komponentlər ola bilər:
Bu cür birləşmələrdə ən çox rast gəlinən xəta – komponentlərdən birinin təyin, digərinin qeyri-müəyyənlik bildirən isim vəzifəsində olmasıdır. Bu halda onları həmcins saymaq olmaz, çünki asılı tərəflər əsas tərəfin müxtəlif qrammatik formalarını tələb edir:
Yanlış: elmi və tədris ədəbiyyatı
Elmi ədəbiyyat – təyini söz birləşməsi
Tədris ədəbiyyatı – qeyri-müəyyənlik bildirən ismi birləşmə
Yanlış: orfoqrafik və punktuasiya səhvləri
Orfoqrafik səhvlər – təyini söz birləşməsi
Punktuasiya səhvləri – qeyri-müəyyənlik bildirən ismi birləşmə
Söz birləşmələri çox zaman vahid cümlə üzvü rolunda çıxış edir. Mürəkkəb söz birləşmələri işlənən cümlələrdə fikrin asan qavranılması üçün söz sırası xüsusi əhəmiyyət kəsb edir. Aşağıdakı cümləni nəzərdən keçirək:
Cümlədə altından xətt çəkilmiş birləşmə bir cümlə üzvü – tamamlıq rolunda çıxış edir. Bu birləşmənin uzunluğu (8 söz) cümləni ağırlaşdırır, ifadə olunan fikrin qavranılmasında çətinlik yaradır.
Əslində, bu birləşməni iki sintaqma ayırmaq mümkündür:
1) bədii portretdəki detalların rolu;
2) xarakter haqqında təsəvvürün formalaşması.
Cümlədə ağırlıq yaradan məqam ikinci sintaqmın birincinin daxilində işlənməsidir. Onları ayırsaq, fikir nisbətən asan qavranar:
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.