Saitlərin növlərini, ahəng qanununu, yəqin ki, hamı xatırlayır. Gəlin bəzi fonetik postulatları orfoqrafiya müstəvisinə keçirək.
Eyni növə aid saitlərin tələffüzündə oxşarlıq olur, çünki dil, dodaqlar və ya alt çənə təxminən eyni vəziyyət alır. Digər tərəfdən, ahəng qanununun yaratdığı assimilyasiya (səslərin bir-birinə uyğunlaşması) onların eyni cür səslənməsinə səbəb olur. Məsələn, ü və i – incə, qapalı saitlərdir, ona görə də bəzən müdir sözündə səhvə yol veririk: müdür. Sözsüz ki, burada ahəng qanunu da öz sözünü deyir.
“Ə”, yoxsa “a”?
Çoxhecalı ərəb-fars mənşəli sözlərdəki ə və a hərfləri bəzən yazıda səhv salınır.
|
düzgün |
yanlış |
|
cah-calal |
cah-cəlal |
|
cəvahirat |
cavahirat |
|
həyəcan |
həyacan |
|
nəbatat |
nəbatət |
|
nəqərat |
nəqarət |
|
pilləkən |
pilləkan |
|
salnamə |
səlnamə |
|
təbaşir |
tabaşir |
|
təmtəraqlı |
təmtaraqlı |
“İ”, yoxsa “ü”?
Bir çox ərəb-fars mənşəli sözlərin ikinci hecasındakı sait bəzən ü kimi tələffüz olunsa da, i ilə yazılır:
|
düzgün |
yanlış |
|
müdir |
müdür |
|
müdrik |
müdrük |
|
müflis |
müflüs |
|
mühit |
mühüt |
|
müxbir |
müxbür |
|
mürşid |
mürşüd |
|
müsibət |
müsübət |
|
ümid |
ümüd |
Bəzi sözlərdə ü saiti deyildiyi kimi yazılır: mühüm, müşkül, üfüq.
“O”, yoxsa “a”?
Bir sıra Avropa mənşəli alınma sözlərin tərkibindəki o saiti vurğulu hecadan əvvəl işlənəndə [a] kimi səslənməsinə baxmayaraq, o hərfi ilə yazılır:
|
düzgün |
yanlış |
|
avtomat |
avtamat |
|
konsert |
kansert |
|
laborant |
labarant |
|
poema |
paema |
|
pomidor |
pamidor |
|
problem |
prablem |
“Ü”, yoxsa “u”?
Ərəb-fars mənşəli sözlərin birinci hecasındakı ü saiti səhv olaraq bəzən u, bəzən də i kimi yazılır:
|
düzgün |
yanlış |
|
Füzuli |
Fizuli |
|
müasir |
muasir |
|
mübahisə |
mubahisə |
|
nümunə |
numunə |
“Ov”, “öv” hərf birləşmələri
Tərkibində ov, öv hərf birləşmələri (diftonq) olan çoxhecalı sözlərdə bəzən bu hərf birləşmələri səhv olaraq o, ö və ya ou, öü kimi yazılır:
|
düzgün |
yanlış |
|
dovğa |
doğa |
|
dovşan |
douşan |
|
tövbə |
töbə |
Bir heca, yoxsa iki heca?
Mənbə dildə (ərəb-fars) bir hecadan ibarət olan sözlər dilimizdə iki cür yazılır:
|
Bir saitlə |
İki saitlə |
|
cəbr |
eyib |
|
dövr |
ətir |
|
həbs |
feil |
|
hökm |
fəsil |
|
hüsn |
heyif |
|
hüzn |
isim |
|
qəhr |
qəbir |
|
nəfs |
qədir |
|
nəsr |
meyil |
|
sehr |
ömür |
|
sədr |
səbir |
|
üzr |
şeir |
|
üzv |
şükür |
|
zülm |
zehin |
Qeyd: Bu qəbildən olan bir sıra təkhecalı və ikihecalı sözlərin tələffüzü yaxın olsa da, vurğuya görə fərqlənir. İkihecalı sözlərdə vurğu ikinci hecaya düşür:
|
əmr |
əmir |
|
əsl |
əsil |
|
həsr |
həsir |
|
kəsr |
kəsir |
|
qəbz |
qəbiz |
|
mətn |
mətin |
|
nəfs |
nəfis |
Paronim adlanan bu sözlərin fərqli mənaları olur. Məsələn:
əsl – xalis, həqiqi, orijinal
əsil – nəsil, nəcabət, soy
İkihecalı sözlərdə səsdüşümü
Bir çox ərəb-fars mənşəli ikihecalı sözlər saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə söz kökündəki sonuncu sait düşür:
Bu qaydada bir çox istisnalar var:
Türk (Azərbaycan) mənşəli sözlər yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecada səsdüşümü baş verir:
Lakin bunu da bütün ikihecalı türkmənşəli sözlərə şamil etmək olmaz:
Bu qayda ilə bağlı “ağıl” sözü mübahisə doğurur. Ahəng qanununa uyğunlaşıb türkləşsə” də, bu söz ərəb mənşəlidir, ona görə də şəkilçi qəbul edərkən çox zaman ikinci hecadakı sait düşür:
Lakin “ağıl” sözü omonimdir, o, “malqara saxlanılan çəpərlənmiş üstüaçıq yer” mənasında da işlənir. Bu mənada həmin sözdə səsdüşümü baş vermir:
Qoşasaitli sözlər
Bəzi qoşasaitli sözlərdə səhv olaraq saitlərdən yalnız biri yazılır:
|
düzgün |
yanlış |
|
müəllim |
məllim |
|
səadət |
sadət |
|
təəccüb |
təccüb |
Qoşasaitli sözlərin yazılışında bəzən yanaşı gələn saitlər arasına yanlış olaraq y samiti əlavə olunur:
|
daimi |
dayimi |
|
stadion |
stadiyon |
|
təbiət |
təbiyət |
Qoşasaitli mürəkkəb sözlərdə bəzən səhv olaraq birinci sözün son saiti yazılmır.
|
bacıoğlu |
bacoğlu |
|
əliaçıq |
əlaçıq |
|
əmioğlu |
əmoğlu |
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.