Sözlərdə samitlərin yazılışında xətalar daha çox kar və cingiltili samit cütlərində baş verir: b – p, d – t, k – g və s.
Cingiltili samitlə bitən sözlər
Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitlər bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır:
|
düzgün |
yanlış |
|
almaz |
almas |
|
bulud |
bulut |
|
corab |
corap |
|
çəkic |
çəkiç |
|
kənd |
kənt |
|
nəhəng |
nəhənk |
Paronimlər:
atlas – xəritələr toplusu
atlaz – parça növü
servis – müəyyən sahədə xidmət
serviz – qab-qacaq dəsti
sənəd – rəsmi kağız
sənət – peşə, fəaliyyət növü
Tövsiyə: Sonu yuxarıda sadalanan samitlərlə bitən sözlərin düzgün yazılışını müəyyən etmək üçün onlara saitlə bitən şəkilçi artırmaq tövsiyə olunur:
B samiti sözün əvvəlində gələndə bəzən p kimi tələffüz olunduğundan yazıda səhvə yol verilir:
|
düzgün |
yanlış |
|
bıçaq |
pıçaq |
|
bütöv |
pütöv |
|
bütün |
pütün |
“Q” samiti ilə bitən sözlər
Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan (türk) mənşəli sözlər q hərfi ilə yazılır:
|
düzgün |
yanlış |
|
bulaq |
bulax |
|
qulaq |
qulax |
|
otaq |
otağ |
|
sınaq |
sınax |
Bu cür sözlərə saitlə başlanan şəkilçi qoşulduqda tələffüzdə və yazıda q-ğ əvəzlənməsi baş verir:
|
qoruq |
qoruğun |
|
qurşaq |
qurşağı |
|
soyuq |
soyuğa |
Son səsi [q] və ya [k`] kimi tələffüz olunan alınma sözlər q hərfi ilə yazılır:
|
düzgün |
yanlış |
|
ittifaq |
ittifak |
|
müstəntiq |
müstəntik |
|
mütləq |
mütlək |
|
natiq |
natik |
Belə sözlərdə q-ğ əvəzlənməsi baş vermir:
|
bioloq |
bioloqun |
|
dialoq |
dialoqu |
|
məntiq |
məntiqə |
“K” samiti ilə bitən sözlər
Son səsi [x`] və ya [y] kimi tələffüz olunan çoxhecalı Azərbaycan (türk) mənşəli sözlər k hərfi ilə yazılır:
|
düzgün |
yanlış |
|
beşik |
beşiy |
|
çörək |
çörəy |
|
kötük |
kötüy |
|
külək |
küləy |
Bu cür sözlərə saitlə başlanan şəkilçi qoşulduqda tələffüzdə və yazıda k-y əvəzlənməsi baş verir:
|
bəzək |
bəzəyə |
|
dirək |
dirəyin |
|
kəpənək |
kəpənəyim |
Son səsi [k] kimi tələffüz olunan alınma sözlərdə belə bir əvəzlənmə baş vermir:
|
əmlak |
əmlakın |
|
idrak |
idraka |
|
iştirak |
iştirakımız |
|
mühərrik |
mühərriki |
“Q”, yoxsa “k”?
Qoşa “q” ilə yazılan sözlərdə:
|
düzgün |
yanlış |
|
doqquz |
dokquz |
|
saqqal |
sakqal |
Söz ortasında “q” samiti kar samitdən əvvəl gələndə:
|
düzgün |
yanlış |
|
məqsəd |
məksəd |
|
nöqtə |
nöktə |
Qoşasamitli sözlər
Yanaşı gələn kar samitlərdən ikincisi bəzən səhv olaraq özünün cingiltili qarşılığı kimi yazılır:
|
düzgün |
yanlış |
|
bitki |
bitgi |
|
əlbəttə |
əlbətdə |
|
hətta |
hətda |
|
ixtira |
ixdira |
|
mürəkkəb |
mürəkgəb |
|
şaftalı |
şafdalı |
|
tappıltı |
tapbıltı |
Yadda saxla:
|
düzgün |
yanlış |
|
kirpik |
kiprik |
|
körpü |
köprü |
|
məşhur |
məhşur |
|
torpaq |
topraq |
Qoşa samitlə bitən sözlər
Dilimizdə eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər var: fənn, haqq, hiss, xətt, rədd, sirr, zənn, zidd.
Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür:
|
düzgün |
yanlış |
|
fənlər |
fənnlər |
|
haqsız |
haqqsız |
|
sirdaş |
sirrdaş |
İstisna: Hiss sözü istisnadır: hisslər. Bu sözə yalnız -siz şəkilçisi qoşulduqda s hərflərindən biri ixtisar olunur: hissiz.
Belə sözlər mürəkkəb və ya düzəltmə sözün ikinci tərəfi kimi işləndikdə də bir samitlə yazılır:
|
düzgün |
yanlış |
|
dəst-xət |
dəst-xətt |
|
hüsnxət |
hüsnxətt |
|
nahaq |
nahaqq |
|
rəsmxət |
rəsmxətt sərhədində |
|
dəst-xət |
dəst-xətt |
Lakin orfoqrafiya lüğətində bu qaydanın tətbiqində vahid prinsip gözlənilmir: qanunazid, hüquqazidd, cəmiyyətəzidd, dövlətəzidd.
Qeyd: Əslində, “qanunazidd” olmalıdır.
Bir “y”, yoxsa iki “y”?
Mənbə dildə -iyyət, -iyyat, -iyyə sonluqları ilə bitən bir çox sözlər iki y ilə yazılır:
|
düzgün |
yanlış |
|
əhəmiyyət |
əhəmiyət |
|
xeyriyyə |
xeyriyə |
“N”, yoxsa “m”?
Sözdə n samiti b, m samitlərindən əvvəl gəldikdə bəzən səhv olaraq m ilə yazılır:
|
düzgün |
yanlış |
|
anbar |
ambar |
|
sünbül |
sümbül |
|
şənbə |
şəmbə |
|
tənbəl |
təmbəl |
Qeyd: Kombayn, kombinat, kömbə, pambıq sözlərində m samiti deyildiyi kimi yazılır.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.