İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə saitləri [ı], [i], [u], [ü] kimi tələffüz olunduğundan bəzən səhvə yol verilir:
|
düzgün |
yanlış |
|
anlayar |
anlıyar |
|
bəzəyir |
bəziyir |
|
gözləyəcək |
gözlüyəcək |
|
yaşayır |
yaşıyır |
|
yoxlayacaq |
yoxluyacaq |
III şəxsin cəmində işləndikdə -ır⁴ indiki zaman şəkilçisinin və -ar² gələcək zaman şəkilçisinin samiti [l] kimi tələffüz olunduğundan bəzən səhvə yol verilir:
|
düzgün |
yanlış |
|
baxarlar |
baxallar |
|
qaçırlar |
qaçıllar |
II şəxsdə olan feillərdə -mış⁴ keçmiş zaman şəkilçisinin son samiti (ş) düşə bilər:
|
düzgün |
yanlış |
|
gəlmişsiniz |
gəlmisiniz |
|
qaçmışsan |
qaçmısan |
II şəxsin cəmində olan feillərdə -sınız⁴ şəkilçisi -sız⁴ kimi tələffüz olunur: yazırsınız [yazırsız]. Ə.Dəmirçizadə bunu yazıda da sabitləşmiş norma sayır:
|
düzgün |
yanlış |
|
gəlməzsiniz |
gəlməzsiz |
|
görürsünüz |
görürsüz |
|
qayıtdınız |
qayıtdız |
|
oxuyacaqsınız |
oxuyacaqsız |
Ə.Dəmirçizadə -dır⁴ şəkilçisinin -dı⁴ kimi yazılışını orfoqrafik normaya zidd saymır:
|
düzgün |
yanlış |
|
gedibdir |
gedibdi |
|
gəlməlidir |
gəlməlidi |
|
oxuyasıdır |
oxuyasıdı |
Lakin qeyd etmək lazımdır ki, bəzi hallarda yazıda bu ixtisar semantik ikimənalılıq yaradır: -dır⁴ şəxs şəkilçisi idi köməkçi feilinin ixtisar forması ilə səhv salınır.
I şəxsin gələcək zaman formasında da çox zaman səsdüşümü baş verir. Yazıda da feilin bu qrammatik forması geniş yayılıb:
|
gəzəcəyəm |
gəzəcəm |
|
yazacağam |
yazacam |
Qeyd etmək lazımdır ki, şifahi və yazılı nitqdə hər hansı qaydaya kütləvi şəkildə əməl edilməməsi faktını artıq qayda pozuntusu saymaq düzgün olmazdı. Bu halda müvafiq qaydalarda dəyişiklik etmək daha məqsədəuyğundur. Zaman-zaman belə dəyişikliklərin şahidi olmuşuq. Məsələn, əvvəlki qaydalara görə, getsə idi, gəlməli imiş yazmaq lazım gəlirdi. Sonradan qəbul edilmiş qaydalara görə, getsəydi, gəlməliymiş kimi də yazmaq olar. Əvvəllər cüzi, süni sözlərini sətirdən sətrə keçirmək olmazdı. Apostrof işarəsi ləğv olunduqdan sonra bu, mümkündür.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.