Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Hindistan Cənubi Asiyada yerləşir. Şimalda Çin, Nepal Butan, qərbdə Pakistan, şərqdə Banqladeş Myanma ilə həmsərhəddir. Cənubda Hind okeanı ilə əhatə olunub.

2. Dövlət quruluşu

Federal parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Droupadi Murmudur. O, Hindistanın ilk qadın qəbilə mənşəli prezidenti hesab olunur. Baş Nazir isə Narendra Modidir.

3. İqtisadiyyatı

Ölkə dünyanın ən böyük iqtisadiyyatlarından biridir və beşinci ən böyük ÜDM-ə sahib ölkədir. Ölkənin iqtisadiyyatı əsasən xidmət sektoru, sənaye və kənd təsərrüfatına əsaslanır. Sənayedə avtomobil, polad, əczaçılıq və tekstil istehsalı güclüdür. Həmçinin dünyanın ən böyük düyü, buğda, çay və şəkər istehsalçılarından biridir. Əczaçılıq məhsulları, proqram təminatı, tekstil, çay və zinət əşyaları əsas ixrac məhsullarıdır.

4. İqlimi və təbiəti

İqlimi əsasən musson tipli olub, bölgələrə görə tropik və subtropik dəyişir. Şimalda Himalay dağları, qərbdə Tər səhrası, cənubda isə Hind okeanı yerləşir. Ölkənin əsas çayları Qanq, Yamuna Brahmaputradır. Meşələr, çaylar, dağlar və səhralar Hindistanın zəngin təbiətini təşkil edir.

5. Görməli yerləri

Tac Mahal, Qızıl Qala, Qütb Minar, Varanasi, Hampi, Ceypur şəhəri Himalay dağları turistlər üçün məşhur yerlərdir.

6. Təhsil sistemi

Təhsil sistemi məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələrindən ibarətdir. Məcburi təhsil 6-14 yaş aralığını əhatə edir. Məktəb təhsili 10+2 sistemi ilə qurulub: 10 illik ümumi təhsil və 2 illik ixtisaslaşma dövrü.

Ölkənin əsas universitetləri: Hindistan Texnologiya İnstitutları, Hindistan Menecment İnstitutları, Dehli Universiteti, Bütün Hindistan Tibb Elmləri İnstitutu, Mumbay Universiteti, Hindistan Statistika İnstitutu.

7. Mədəniyyəti

Mədəniyyəti qədim tarixə, müxtəlif etnik və dini ənənələrə əsaslanır. Hinduizm, İslam, buddizm, sikizm və ceynizm kimi dinlər burada geniş yayılıb. Musiqi və rəqsləri (Bharatanatyam, Kathak), festivalları (Diwali, Holi, Eid), zəngin mətbəxi (köri, masala yeməkləri) və Bollywood kinosu ilə məşhurdur. Ənənəvi geyimlərdən sari və kurta geniş istifadə olunur.