Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Lixtenşteyn Mərkəzi Avropada yerləşir və İsveçrə ilə Avstriya arasında, Alp dağlarının ətrafında yerləşən kiçik bir dövlətdir.

2. Dövlət quruluşu

Konstitusiyalı monarxiyadır. Hazırda (2025-ci il) ölkədə rəsmi olaraq dövlət başçısı Lixtenşteyn Knyazı II Hans Adam olsa da, o, 2004-cü ildə səlahiyyətlərini oğlu II Aloisə təhvil verib. Ölkəni hazırda o idarə edir.

3. İqtisadiyyatı

İqtisadiyyatı inkişaf etmiş güclü sənaye və maliyyə sektoru ilə tanınır. Ölkə aşağı vergi dərəcələrisabit bank sistemi sayəsində beynəlxalq biznes və investisiyalar üçün cəlbedici məkandır. Əsas sahələr maliyyə sektoru, sənaye və kənd təsərrüfatıdır. Sənayedə yüksək texnologiyalı istehsal, dəqiq mexanika, tibbi avadanlıqlar və elektronika əsas yer tutur. Kənd təsərrüfatı isə kiçik olsa da, ətraf mühitə uyğun istehsala əsaslanır.

4. İqlimi və təbiəti

İqlimi mülayim kontinentaldır. Qışlar soyuq, yaylar isə sərin keçir. Orta illik temperatur təxminən 10°C civarındadır. Təbiəti əsasən Alp dağları ilə əhatə olunub. Ölkənin böyük hissəsi meşələr, dağ çayları və yaşıl vadilərdən ibarətdir. Bu, Lixtenşteyni xizəkçilik və alpinizm üçün əlverişli məkana çevirir.

5. Görməli yerləri

Vaduz qalası, Gutenberg qalası, Kunstmuseum (İncəsənət Muzeyi), Vaduz Katolik Kilsəsi və Lixtenşteyn Milli Muzeyi turistlərin diqqətini çəkən əsas məkanlardır.

6. Təhsil sistemi

Təhsil sistemi İsveçrə Avstriya sistemlərinə əsaslanır. Məcburi təhsil 9 il davam edir və ibtidai, orta və peşə məktəblərini əhatə edir. Ölkədə Lixtenşteyn Universiteti fəaliyyət göstərir, lakin ali təhsil imkanları məhdud olduğuna görə tələbələrin əksəriyyəti xaricdə təhsil almağa üstünlük verir. Təhsil əsasən alman dilində aparılır.

7. Mədəniyyəti

Mədəniyyəti əsasən alman mədəniyyətinin təsiri altındadır. Ölkədə ənənəvi alman festivalları, klassik musiqi tədbirləri və incəsənət sərgiləri geniş yayılıb. Xalq musiqisi və teatrı önəmli yer tutur. Lixtenşteyn İncəsənət Muzeyi və Milli Muzey ölkənin mədəni irsini əks etdirir. Hər il avqustun 15-də Milli Gün münasibətilə festivallar və atəşfəşanlıq təşkil olunur. Mətbəxi İsveçrə Avstriya mətbəxinə bənzəyir, əsas yeməklər arasında Käsknöpfle (pendirli makaron) məşhurdur.