Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Myanma Cənub-Şərqi Asiyada yerləşir, Hindistan, Banqladeş, Çin, Laos Taylandla həmsərhəddir.

2. Dövlət quruluşu

Hərbi hakimiyyətin nəzarətində olan prezident respublikasıdır. Hazırda (2025-ci il) ölkəni hərbi hakimiyyət idarə edir. 2021-ci ilin fevral ayında ordu çevriliş edərək hakimiyyəti ələ keçirdi və hökumət başçısı Aun San Su Çji həbs olundu. Çevrilişdən sonra Myanma Silahlı Qüvvələrinin baş komandanı Min Aunq Hlayn ölkənin faktiki lideri və Baş naziri oldu. O, dövlətin idarə edilməsini ordu nəzarətində olan Dövlət İdarəetmə Şurasına həvalə edib.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən kənd təsərrüfatı, təbii sərvətlər və turizmə əsaslanır. Əsas ixrac məhsulları düyü, təbii qaz, daş-kömür, qiymətli daşlar (sapfir və yaqut), balıq məhsulları və tekstildir. 2021-ci il hərbi çevrilişindən sonra iqtisadiyyat geriləməyə başladı. Xarici sərmayələr azaldı, beynəlxalq sanksiyalar tətbiq olundu və milli valyuta dəyər itirdi. Ölkədə işsizlik artıb, inflyasiya yüksəlib və iqtisadi qeyri-sabitlik davam edir.

4. İqlimi və təbiəti

Ölkə tropik musson iqliminə malikdir. Yay ayları isti və rütubətli, qış isə quru və mülayim keçir. Ölkə sıx tropik meşələrlə örtülüdür, əsasən teak, bambuk və manqrov ağacları yayılmışdır. Dağlıq ərazilər, çaylar və geniş düzənliklər iqlim və landşaft müxtəlifliyini təmin edir. İravad çayı Myanmanın ən uzun çayıdır və ölkənin əsas su mənbəyidir.

5. Görməli yerləri

Baganda qədim buddist məbədləri, Şvedaqon Pagodası, İnle gölü Mandalay şəhəri turistlər üçün məşhurdur.

6. Təhsil sistemi

Ölkədə təhsil ibtidai (5 il), orta (4+2 il) və ali təhsil mərhələlərinə bölünür. Dövlət məktəbləri pulsuzdur, lakin resurs çatışmazlığı problemi var. Ölkədə universitetlər əsasən hökumətin nəzarətindədir. 2021-ci ildəki hərbi çevrilişdən sonra təhsil sektorunda qeyri-sabitlik yaranıb, bəzi universitetlər bağlanıb və tələbələr etirazlara qoşulub. Ali təhsil müəssisələri əsasən Yanqon və Mandalay universitetlərində cəmlənib.

7. Mədəniyyəti

Mədəniyyəti buddizmin dərin təsiri altında formalaşıb. Ənənəvi geyim longyi, kişi və qadınlar tərəfindən geyinilir. Ən məşhur festivallardan biri Su Sıçratma Festivalı (Thingyan)İşıq Festivalıdır (Thadingyut). Musiqi və rəqs Myanma mədəniyyətinin ayrılmaz hissəsidir. Saing Vaing orkestri ənənəvi musiqi alətlərindən ibarətdir. Ənənəvi teatr "Yama Zatdav" adlanır və Ramayana dastanına əsaslanır. Mədəni irsdə Şvedaqon Pagodası, Bagan məbədləri qızıl budda heykəlləri xüsusi yer tutur.