Paytaxtı: Panama şəhəri
Sahəsi: 75,417 km²
Əhali sayı: Təxminən 4.5 milyon (2024)
Etnik tərkibi: Mestizolar (qarışıq ispan və yerli amerikalılar) əhalinin böyük hissəsini təşkil edir. Həmçinin yerli amerikalılar, afrikalılar və avropalılar var.
Rəsmi dili: İspan dili
Valyutası: Panama balboası (PAB) və ABŞ dolları (USD)
Mərkəzi Amerikada, Kolumbiya və Kosta Rika arasında yerləşir, Sakit okean və Karib dənizi ilə əhatələnir.
Prezident respublikasıdır. Hazırda (2025-ci il) prezident Jose Raul Mulinodur.
İqtisadiyyatı əsasən xidmət sektoruna əsaslanır. Ölkənin ən böyük gəlir mənbəyi Panama kanalıdır, çünki bu, beynəlxalq ticarət üçün strateji keçid nöqtəsidir. Maliyyə xidməti, bankçılıq, dənizçilik və turizm də mühüm sektorlardır. Ölkə Mərkəzi Amerikanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə sahibdir.
Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətli hava hökm sürür. Ölkədə sıx yağış meşələri, çaylar, dağlıq ərazilər və çimərliklər var. Sakit okean və Karib dənizi sahillərində yerləşdiyi üçün müxtəlif ekosistemlərə sahibdir.
Panama kanalı, Casco Viejo tarixi mərkəzi, Bocas del Toro adaları, San Blas arxipelaqı, Darien Milli Parkı turistlər üçün maraqlı yerlərindəndir.
Təhsil sistemi 3 əsas mərhələdən ibarətdir: ibtidai təhsil (6 il), orta təhsil (3+3 il) və ali təhsil. Təhsil məcburidir və pulsuzdur. Ölkədə dövlət və özəl universitetlər, texniki məktəblər və beynəlxalq təhsil müəssisələri fəaliyyət göstərir. Təhsil ispan dilində aparılır.
Ölkənin əsas universitetləri: Panama Universiteti, Texnologiya Universitet, Santa Maria La Antigua Katolik Universiteti, Latın Amerika Elmlər və Texnologiya Universiteti, Panama Amerika Universiteti, İnteramerikan Universiteti.
Mədəniyyəti ispan, yerli amerikalı və Afrika təsirlərinin qarışığından formalaşıb. Ölkədə rəngarəng festivallar, ənənəvi rəqslər və musiqilər geniş yayılıb. "Tamborito" ən məşhur milli rəqs və musiqi janrıdır. Ənənəvi geyimlərdən "pollera" qadınların geyindiyi milli paltardır. Mətbəxi əsasən dəniz məhsulları, qarğıdalı və düyü yeməklərindən ibarətdir. Panama Karnavalı ölkənin ən böyük mədəni tədbirlərindən biridir.