Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Sakit Okeanın Cənub hissəsində, Polineziyada yerləşir. Qərbində UollisFutuna, şərqində Amerika Samoası, cənubunda Tonqa yerləşir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Tuimalealiʻifano Vaʻaletoʻa Sualauvi IIdir. Baş nazir isə Fiame Naomi Mata'afadır. Prezident dövlət başçısıdır, əsasən, simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı, əsasən, kənd təsərrüfatı, balıqçılıq, turizm xaricdə yaşayan samoa vətəndaşlarının pul köçürmələrinə əsaslanır. Ölkənin başlıca ixrac məhsulları kokos, kakao, banan və dəniz məhsullarıdır. Turizm sektoru da əhəmiyyətli yer tutur. Sənaye sektoru isə əsasən, qida emalı və kiçik miqyaslı istehsal sahələrindən ibarətdir.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir, il boyu isti və rütubətlidir. Orta temperatur 26-30°C arasında dəyişir. Noyabr-aprel aylarında yağış mövsümü müşahidə olunur və siklonlar baş verə bilər. Təbiəti zəngin və yaşıllıqlarla örtülüdür. Vulkanik mənşəli adalara sahib olan ölkədə sulu tropik meşələr, çaylar, şəlalələr və çimərliklər geniş yayılıb.

5. Görməli yerləri

To-Sua Okean Çuxuru, Lalomanu çimərliyi, Papaseea sürüşkən şəlalələriRobert Luis Stivenson Muzeyi turistlər üçün məşhurdur.

6. Təhsil sistemi

Təhsil sistemi üç əsas səviyyədən ibarətdir: ibtidai, orta və ali təhsil. İbtidai təhsil (5-14yaş) ödənişsiz və məcburidir. Orta təhsil dövlət və özəl məktəblərdə tədris olunur. Bəzi məktəblər dini təşkilatlar tərəfindən idarə edilir. Ölkənin əsas ali təhsil mərkəzi Samoa Milli Universitetidir. Bəzi tələbələr ali təhsil almaq üçün Yeni Zelandiya Avstraliyaya gedir.

7. Mədəniyyəti

Mədəniyyəti "Fa’a Samoa" (Samoa yolu) adlı ənənəvi dəyərlər sisteminə əsaslanır. Cəmiyyət ailə və icma münasibətləri üzərində qurulub, yaşlılara hörmət və qonaqpərvərlik əsas prinsiplərdəndir. Ənənəvi Siva rəqsi, tatau (döymə sənəti) və söykəmə evlər (fale) mədəni irsin əsas hissələridir. Musiqi və nağılçılıq da mühüm yer tutur. Bayram və mərasimlərdə rəqslər, mahnılar və dini ayinlər əsas rol oynayır.