Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Seyşel adaları Hind okeanında, Madaqaskarın şimal-şərqində yerləşir. 115 adadan ibarətdir.

2. Dövlət quruluşu

Prezident üsul-idarəsi ilə idarə olunan unitar respublikadır. Hazırda (2025-ci il) prezident Vavel Ramkalavandır.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən turizm, balıqçılıqmaliyyə xidmətləri üzərində qurulub. Ölkə Hind okeanının turizm mərkəzlərindən biri sayılır və iqtisadi gəlirin böyük hissəsi turizmdən əldə edilir. Ton balığı sənayesidəniz məhsulları ixracı da əhəmiyyətli gəlir mənbəyidir. Bundan əlavə, Seyşel hökuməti offşor bankçılıqinvestisiya sahələrini inkişaf etdirməyə çalışır. Ölkə kiçik olsa da, Afrikada adambaşına düşən gəlir səviyyəsinə görə ən yüksək göstəricilərdən birinə malikdir.

4. İqlimi və təbiəti

Ölkə tropik iqlimə malikdir. İsti və rütubətli hava il boyu davam edir. Yağış mövsümü oktyabrdan aprelə qədərdir. Təbiəti zəngindir: unikal flora və fauna, mərcan rifləri, Seyşel tısbağaları və Vallee de Mai Milli Parkı burada yerləşir.

5. Görməli yerləri

Mahe adası, Vallee de Mai Milli Parkı, La Digue adasındakı Anse Source d’Argent çimərliyi, Aldabra Atollu və Seyşel Milli Tarix Muzeyi turistlər üçün məşhurdur.

6. Təhsil sistemi

Təhsil sistemi pulsuz və məcburidir. İbtidai təhsil 5 il davam edir və 6 yaşdan başlayır. Orta təhsil də 5 illikdir və şagirdlər üçün pulsuzdur. Ölkədə texniki və peşə təhsili də mövcuddur. Ölkənin əsas univesiteti Seyşel Universitetidir. Ali təhsil almaq istəyən tələbələr burada oxuya bilər və ya xaricə gedirlər. Təhsil sistemi əsasən ingilis və fransız dillərində aparılır.

7. Mədəniyyəti

Mədəniyyəti əsasən Afrika, fransız, hind və Çin təsirlərinin qarışığından ibarətdir. Kreol mədəniyyəti dominantdır və musiqi, rəqs, mətbəx və adət-ənənələrdə özünü göstərir. "Moutya" və "Sega" ənənəvi musiqi və rəqs növləridir. Kreol dili geniş yayılıb, illik Kreol Festivalı ölkənin ən önəmli mədəni tədbirlərindən biridir. Seyşel mətbəxi dəniz məhsulları, ədviyyatlar və tropik meyvələrlə zəngindir.