Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Sakit okeanın cənub-qərbində, Avstraliya Fici arasında 83 adadan ibarət ada dövlətidir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Nikenike Vurobaravu, Baş nazir isə Charlot Salvaidir. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır, Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən kənd təsərrüfatı, turizm, balıqçılıq və maliyyə xidmətlərinə əsaslanır. Əhalinin çoxu hindqozu, kakao, qəhvə və tropik meyvələr yetişdirir. Turizm ölkənin əsas gəlir mənbələrindən biridir, xüsusilə dalğıclıq və ekoturizm populyardır. Beynəlxalq ofşor maliyyə mərkəzi kimi tanınır.

4. İqlimi və təbiəti

Ölkə tropik dəniz iqliminə malikdir. Hava isti və rütubətlidir, orta illik temperatur 25-30°C arasında dəyişir. Noyabr-aprel aylarında siklonlar və güclü yağışlar müşahidə olunur. Vulkanik mənşəli adaları, sıx tropik meşələri, mercan rifləri və çimərlikləri ilə zəngindir. Təbiəti ekoturizm üçün əlverişlidir.

5. Görməli yerləri

Yasur vulkanı, Espiritu Santo adasındakı Milyon Dollarlıq çimərlik, Melenesiyalı kəndlər, Port-Viladakı Ekoturizm parkları və sualtı gəmi qəzaları turistlər üçün məşhurdur.

6. Təhsil sistemi

Təhsil sistemi ibtidai, orta və ali təhsildən ibarətdir. Təhsil ingilis və fransız dillərində aparılır. İbtidai təhsil 6 il, orta təhsil isə 6 il davam edir. Ölkədə ali təhsil üçün Cənubi Sakit Okean Universitetinin filialı fəaliyyət göstərir. Kənd yerlərində təhsilə çıxış çətin ola bilər, lakin hökumət savadlılıq səviyyəsini artırmaq üçün müxtəlif proqramlar həyata keçirir.

7. Mədəniyyəti

Mədəniyyəti Melaneziya, Polineziya Avropa təsirlərinin qarışığından ibarətdir. Ölkədə 100-dən çox yerli dil mövcuddur. Ənənəvi rəqslər, taxta oyma sənəti və yerli festivallar geniş yayılıb. Naghol (torpaq tullanışı) kimi unikal mərasimlər var. Musiqi və rəqslər, xüsusilə tam-tam barabanları və bambuk alətləri ilə müşayiət olunur. Vanuatunun mətbəxi əsasən taro, yam, kokos və balıq üzərində qurulub.