Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABHƏYAT fars. ab sözü və ərəb.

Həyat adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Abhəyat sözü dilimizdə dirilik suyu, həyat suyu, həmçinin göz yası mənasındadır. Əfsanəyə görə, guya zülmətdə bir çeşmənin suyu olmuşdur, onu içənlər ölməzlərmiş. Həmin çeşmənin suyu Abhəyat adlanırmış. Abhəyat (bax: ad – AB; HƏ- YAT) şəxs adı sözün birinci mənası ilə əlaqələndirilir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti