türk dillərində abı gizlətmək, heç kimə bildirmədən gizli saxlamaq anlamını ifadə edir. Adətən izahlı lüğətlərdə özündən böyük, ata, əcdad kimi mənaları da göstərilir. Bəzən də fars dilindəki abi sözü ilə (açıq göy, mavi rəng) əlaqələndirilir. Bugünümüzdə Ab... hecası ilə başlanan adların qısaldılmış forması kimi izahı daha inandırıcı görünür. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti