Ab..., Abı... hecası ilə başlanan kişi adlarının oxşama və əzizləmə formasıdır, sonradan Abış müstəqil kişi adı kimi rəsmiləşmiş, bir qədər sonralar addan soyadda formalaşmışdır.
Bəzi lüğətlərdə türk dillərindəki abış/əbiş sözündən olub, anası kimi olan, anasını xatırladan; geniş savadlı (adam) mənasında olduğu, bəzilərində isə Abış adının bədən üzvəri ilə əlaqədar şəxs adı (ayağın diz qapağının yuxarısı) olması barədə fikirlərə də rast gəlinir. Fikrimizcə, Abış kişi adı qısaltma adlardan yaranmış addır. Çünki Azərbaycan şəxs adları sistemində belə adların sayı kifayət qədərdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abış bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti