Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ACAL ərəb.

acal əcəl, ölüm sözlərinin cəmidir, yəni əcəllər, ölümlər anlamına gəlir.

Bu gün, demək olar ki, yeni doğulmuş oğlan uşaqlarına Acal adı çox nadir hallarda verilir, yaxud da heç verilmir. Başqa sözlə, Acal adı Azərbaycan antroponimikasında artıq köhnəlmiş, yalnız soyadlarda yaşayan şəxs adları sırasındadır. Bu gün Acalov soyadı həm Azərbaycanda, həm də Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə geniş yayılmış soyadlardandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti