1. Qıfılı, kilidi açmaq və ya bağlamaq üçün alət. □ Qapı açarı. Siyirtmə açarı. Açar qıfıldan güclüdür.
2. Çilingərlikdə, cihazqayırmada detalları açmaq üçün istifadə olunan müxtəlif ölçülü alət. □ Elektrik açarı, qaz açarı.
3. Şifrlə mətn yazmaq və oxumaq üçün xüsusi hazırlanmış kodlar, işarələr sistemi. □ Şifrin açarını tapmaq.
4. Məcazi mənada: müxtəlif problem və məsələlərin həlli yolu. □ Problemin açarını tapmaq.
5. Ədəbiyyatşünaslıq. Dilçilik. Sifət kimi: Mətnin məzmununu, mahiyyətini qabarıq açan, ifadə edən (söz və söz birləşmələri haqqında). □ Açar söz.
6. Musiqi. Not sətirlərinin əvvəlində notların mənasını müəyyən edən işarə. □ Skripka açarı.
7. İdman. Güləşdə tətbiq edilən fənd.
Həmçinin bax: