1. Acı şeyin halı, acı dadma. □ Ağzında acılıq hiss etmək.
2. Məcazi mənada: uğursuzluq, fəlakət, məşəqqət və s. nəticəsində doğan acı hiss. □ Məğlubiyyətin acılığını duymaq.
3. Məcazi mənada: kəskinlik, kinayəlilik. □ Onun sözlərindəki acılığı duymaq çətin deyildi.
4. Məcazi mənada: kəskinlik, sərtlik. □ Zəmi yerini bürüyən havanın acılığı Alo kişinin zəhləsini tökürdü. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti