1. Auditoriyanın istənilən üzvünə redaksiyanın işi ilə tanış olmaq imkanı yaratmaq üçün keçirilən aksiya.
A.Q.G. media orqanının auditoriya ilə ünsiyyətinin xüsusi formasıdır, onun məqsədi KİV-in şəffaflığını nümayiş etdirmək, interaktivlik yaratmaq və tamaşaçı, dinləyici, oxucu kütləsi arasında öz etibarını artırmaqdır.
2. Dövlət orqanları, böyük şirkətlər tərəfindən jurnalistlər üçün keçirilən informasiya sessiyaları, PR tədbiri.
Bu sessiyalarda jurnalistlərə dövlət orqanının, şirkətin işi ilə yaxından tanış olmağa, rəhbər vəzifəli şəxslərə birbaşa sual verməyə imkan yaradılır. A.Q.G.-nin keçirilməsi Azərbaycanın bəzi dövlət proqramlarında hakimiyyət orqanları qarşısında vəzifə kimi qoyulur.
Jurnalistika terminləri lüğəti