Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

aciz [a:ciz] sifət ərəb 

1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif, yazıq, fağır, məzlum, əlsiz-ayaqsız. □ Aciz adam. Aciz uşaq. O bu işdə aciz olduğunu etiraf edirdi.

2. Nə edəcəyini bilməyən, çaşıb qalmış, cəsarətsiz, qətiyyətsiz, qorxaq. □ Mən bu işdə acizəm. Düşmən o qədər aciz idi ki, ilk hücumumuza dözə bilmədi.

Həmçinin bax:

frazeologizm: əlində aciz qalmaq Azərbaycan dilinin izahlı lüğəti