1. Doğulduğu zaman adama verilən şəxsi isim. □ Ad və soyad. Ad qoymaq. Adını demək.
2. Bir şeyin işarə işarə etmək üçün istifadə olunan söz, söz birləşməsi. □ Gülün adı. Əsərin adı.
3. Şöhrət. □ Bəzi şöhrətpərəstləri ancaq ad maraqlandırır.
4. Bir adam haqqında formalaşmış ümumi rəy, imic. □ Yaxşı ad. Pis ad. Yaxşı ad dövlətdir.
5. Müəyyən sahə üzrə mütəxəssisə verilən rəsmi rütbə, dərəcə. □ Fəxri ad. Güləş üzrə dünya çempionu adı. Professor elmi adı.
6. Məcazi mənada: əsas, bəhanə, səbəb. □ İndi bunu üzümə vurmağın heç adı yoxdur.
Həmçinin bax: