Niger-konqolez dillər ailəsinə daxil olan dillər.
Zair, Sudan, Mərkəzi Afrika Respublikası, Çad, Kamerun və Nigeriya ölkələrində geniş yayılmışdır. Adamua-Şərq dillərinin 7 milyondan artıq daşıyıcısı var. İki (Adamaua və Şərq) qrupa aid 150 dil və dialekti özündə birləşdirir. Ənənəvi tipoloji təsnifat baxımından bu dil qrupuna daxil olan dillər iltisaqi (aqlütinativ) və qarışıq iltisaqi-analitik dillərdəndir. Əsas etibarilə yazısız dillərdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti