Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

addım [addım] isim

1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. □ İri addım. Addım səsləri eşitmək.

2. Bir addım arasındakı məsafəyə bərabər uzunluq ölçüsü. □ Bağça ilə bizim evin arası 100 addım olar.

3. Məcazi mənada: nəyə isə nail olmaq üçün edilmiş hərəkət, iş, təşəbbüs. □ Bu, çox təhlükəli addım idi.

4. İdman. Qaçışda, yerişdə, konkisürmə, xizək və başqa idman növlərində dəfələrlə təkrar olunan hərəkətlərin başa çatdırılmış silsiləsi, mərhələ.

Həmçinin bax:

frazeologizm: addım atmaq frazeologizm: addımını kənara qoymamaq frazeologizm: bir addım da geri çəkilməmək frazeologizm: bir addım da gözündən qoymamaq frazeologizm: bir addımlığında frazeologizm: ilk addım atmaq zərf: hər addımda Azərbaycan dilinin izahlı lüğəti