Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADIGÜN azərb.

Adı adı və gün sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Adıgün (bax: ad – ADI; GÜN) kişi adı gün, günəş kimi adı olan; günə, günəşə bənzər, gözəl mənasındadır. Türk xalqlarının, eləcə də azərbaycanlıların adyaratma təcrübəsi tarixində fəza cisimlərinin adlarına müraciət olunması halları da maraq doğurur. Bəzi mənbələrdə gündüz doğulan övladlara verilən ad olması barədə də məlumatlara rast gəlinir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti