Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aerozol

yun. aer – hava + yun. sole – cisim

Havada asılı vəziyyətdə olan müxtəlif mənşəli, müxtəlif ölçülü və formalı, fərqli kimyəvi tərkibə və fiziki xassələrə malik ən kiçik hissəciklərdən ibarət qatışıq.

Dumanda, tüstüdə və digər A.-larda hissəciklərin diametri 1-100 mikrometr olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların böyük qismi A. şəklində yandırılır, ziyanvericilərə qarşı kimyəvi A.-larla mübarizə aparılır.

Coğrafiya terminləri lüğəti