Reklam
Reklam

Tarix terminləri lüğəti

ağ qvardiya

fr. garde – mühafizə, müdafiə

1. Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yerli burjuaziyanın və universitet tələbələrinin 1906-cı ildə yaratdıqları hərbi dəstənin qeyri-rəsmi adı.

Dəstə üzvlərinin fərqləndirici əlaməti qollarına bağlanan ağ sarğı olub.

2. Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1918–1921) illərində sovet hakimiyyətinə qarşı vuruşan hərbi hissələrin ümumiləşdirici adı.

Bu hissələrin siyasi və hərbi özəyini Kornilov, Kolçak, Denikin, Yudeniç, Vrangel və digər generalların komandanlığı altında döyüşən keçmiş çar ordusunun monarxist ruhlu zabitləri təşkil edib. A.Q. adı Böyük Fransa inqilabı zamanı Burbonların ağ bayrağı altında döyüşdükləri üçün “ağlar” adlanan royalistlərdən götürülüb. Vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra əksəriyyəti xarici ölkələrə mühacirət edib.

Tarix terminləri lüğəti