Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağac [ağaç] isim 

1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki; oduncaq. □ Alma ağacı. Nar ağacı. Ağac bar verəndə başını aşağı əyər. (Atalar sözü).

2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. □ Ağac ehtiyatı.

3. Ələ götürülən əsa. □ Əfsus, qocaldım, ağacım düşdü əlimdən. (M.Ə.Sabir).

4. Arxaizm. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. □ Əvvəllər ağac sözü uzunluq ölçüsü kimi işlədilirdi.

Həmçinin bax:

frazeologizm: ağac başında yatmaq frazeologizm: ağac-ağaca qoymaq frazeologizm: ağacı əlindən düşmək frazeologizm: ağacının qabağına ağac qoymaq frazeologizm: ağacların arxasından meşəni görməmək frazeologizm: bir ağacda oturub min budağı silkələmək frazeologizm: bir dikili ağacı da yoxdur frazeologizm: çörək ağacı frazeologizm: dar ağacı qurmaq frazeologizm: dar ağacına çəkmək frazeologizm: dikili ağacı yoxdur frazeologizm: əlindən ağacı düşmək frazeologizm: keçi ağaca çıxanda frazeologizm: kor əlinə ağac vermək frazeologizm: qədir ağacı əkərlər frazeologizm: pişiyini ağaca dırmaşdırmaq Azərbaycan dilinin izahlı lüğəti