Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞACAVAD azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Cavad adının birləşməsindən yaranmış şəxs adıdır.

Bir vaxtlar Ağacavad son dərəcə səxavətli, əliaçıq şəxslərə hörmət mənasında müraciət forması olmuşdur. Sonradan şəxs adı kimi formalaşmışdır. Ağacavad (bax: ad – AĞA; CAVAD) kişi adı səxavətlilərdən, ürəyiaçıq olanlardan ən üstün olanı mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti