mürəkkəb tərkibində işlənən arxaikləşmiş ağa tituluna -sı şəkilçisinin (III şəxs məns.) qoşulması ilə əmələ gəlmiş şəxs adıdır.
Ağası sözü kiminsə sahibi, ağası anlamına gəlir. Əslində Ağası adının sözün mənası ilə əlaqəsi yoxdur. Nəzərə almalıyıq ki, ağa sözündəki sonluq xalq arasında əzizləmə, oxşama mənasında babası, balası, nanasi, xalası və s. sözlərdə işlənən sı4 şəkilçisidir. Ehtimal ki, erkən dövrlərdə, hələ yaş kağızı tətbiq edilməyən zamanlarda kimə isə hər hansı bir münasibətlə ağası deyə müraciət edilmiş, çağırılmış, sonradan Ağası müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün Ağası Azərbaycan antroponimikasında artıq köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti