Ərəb mənşəlidir, gerçəkliyin şüurda inikasının ali forması olub, insanın ətraf aləmə münasibətini tənzimləmə qabiliyyətidir. Bizdə us (uz, az) işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qoyun xalxalının bir adı da ağıldır. Ağıl rus dilindəki ограда sözünün qarşılığıdır. Aura sözünü türk aləmində ay ağılı kimi işlədirlər. Deməli, sözün mənası “dəyirmi olan” deməkdir. Aul, ov, oylaq sözləri də bu kəlmə ilə qohumdur: aul - keçmişdə ətrafı bağlı (çəpərli) olan, yəni qorunan əraziyə deyilib: heyvanı ovlamaq üçün əhatəyə alıb, qomarıblar. Oylaq isə “aul yok” (aul yox), yəni “auldan uzaq”, “tənhalıq yeri” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti