Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ah-vəbal

fars. ah, ərəb. vəbal

Günah, məsuliyyət; babal.

Adamlar yerbəyerdən xana minnət eləyib dedilər:

– Xan, aşığın ah-vəbalı tutar, şəhərimiz viran olar. Bunu öldürmə. Bu, aşıq olub, məşuqunun dalınca gəzir. (“Qurbani”)

Azərbaycan dastanlarının leksikası