Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AKİF ərəb.

akif sözü səylə, həvəslə çalışmaq, özünü bilərəkdən nəyəsə həsr etmək mənasını ifadə edən “akafa” feilindəndir.

Akif kişi adı ibadət edən mömin, zahid, guşənişin, həmçinin tək yaşayan, heç kəsə qaynayıb-qarışmayan, daha dəqiq, öz məqsədi üçün bilərəkdən sevdiyi işə can yandıran mənalarını ifadə edir. Bu gün Akif adı Azərbaycanda yalnız orta və yaşlı nəsil arasında geniş yayılmış adlardandır desək, yəqin ki, səhv etmərik. Adın daşıyıcıları arasında Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Akif Əkbərov (1952-1991) xalqımızın mübariz oğullarından idi. I Qarabağ müharibəsində düşmənin qəfil hücumuna məruz qalmış dinc əhalini qoruyarkən qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti