Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AKİM qədim yunan.

akim sözü Tanrı ucaldar, Allah qaldırar mənasındadır.

Akim kişi adı bir çox lüğətlərdə ərəb mənş. hakim sözü ilə əlaqələndirilir. Mütəfəkkir, çox ağıllı şəxs, müdrik, filosof, təbib anlamlarını ifadə etdiyi barədə şərhlərə də rast gəlinir. Əslində Akim şəxs adı yunanlara yəhudi dilindən keçmə sözlərdəndir. Yəhudilərdə, həmçinin xristianlarda tez-tez rast gəlinən İoakim şəxs adı ilə əlaqədardır. Akim müəyyən lüğətlərdə ərəb dilindən alınma sözlər sırasında qeyd edilir. Ərəb dilinə yunanlardan keçməsi daha inandırıcı görünür. Akim kişi adı Azərbaycanda nadir hallarda rast gəlinən adlardandır. Lakin Akimov soyadının olması dilimizdə bu adın yaxın keçmişə qədər mövcud olmasına dəlalət edir. Dilimizdə Hakim (bax: ad – HAKİM) və Həkim (bax: ad – HƏKİM) şəxs adları, eləcə də Hakimov və Həkimov soyadları ilə yanaşı Akim şəxs adının, Akimov soyadının da mövcud olmasına münasibət birmənalı deyildir. Bu gün Akim adının izahı bir qədər mübahisəli olaraq qalır. Adın daşı- yıcılarından Böyük Vətən müharibəsi iştirakçısı, ictimai xadim, general-mayor Akim Abbasov (1911-1992) müharibədən sonrakı illərdə alay komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində işləmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti