Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

al1

Hiylə, məkr, yalan. (“Koroğlu” dastanının lüğəti)

al2

Qırmızı. (“Koroğlu” dastanının lüğəti)

Görsün mən dəlinin indi gücünü,

Boyansın əndamı al qana, gəlsin!..

                               (“Koroğlu ilə Dəli Həsən”)

                         *

Əyləşibdi Çənlibelin elində,

Deyil işlərində naşı Koroğlu.

Misri qılınc həmayıldi belində

Geyər hər vaxt al-qumaşı Koroğlu.

                               (“Koroğlunun Ərzurum səfəri”)

Həmçinin bax:

Azərbaycan dastanlarının leksikası