Reklam
Reklam

Etimologiya lüğəti

ala1

Dilimizdə alaca, ala-bula, ala (пегий) sözləri var. Al sözü tarixən sözü ilə ey­ni olub. Ala kəlməsinin mənasinda həmişə “ağ”anlamı da mövcuddur: ala “ağ rəng­lə başqa rənglərin qarışığı” deməkdir. Güman edirəm ki, bu mənada işlədilən ala sözü kəlməsinin təhrif edilmiş formasıdır. Ağ, al, ala, avazı sözləri qohum kəl­mə­lərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ala2

Bu sözün bir mənası “böyük”deməkdir: alaqapı (kiçik qapıya quzu qapı de­yir­lər) sözündə də həmin mənada işlədilir. Ala ulu sözləri tarixən eyni kökə malik olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ala3

Qədim mənalarından biri cüzam (bu, ərəbcədir) xəstəliyinin adıdır. Anadolu türkləri bu xəstəliyə “miskin” də deyirlər. Dəri və toxumalar çürüyür, ala-bula və­ziyyət yaradır, söz də bu vəziyyətlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti