Reklam
Reklam

Tarix terminləri lüğəti

alaçıq

Türk və monqol xalqlarında geniş yayılmış müvəqqəti yaşayış yeri.

Adətən, dairəvi şəkildə yerə basdırılan, yuxarı ucları günbəzvarı birləşdirilən, üzərinə keçə salınan çubuqlardan qurulur. Ətrafı çubuq və ya qamışdan toxunmuş cığ ilə dövrələnir. A.-ın girəcəyi keçə və ya kilimlə örtülür. Müasir dövrdə, əsasən, maldarlar, yaylağa gedənlər tərəfindən istifadə olunur.

Tarix terminləri lüğəti