Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

alas

yakut. alaas – biçənək

Şimal-Şərqi Sibirdə (Yakutiya və Tümen vilayətlərində) dibi hamar çökək sahə.

A. çoxillik donuşluqlarda yeraltı buzların əriməsi və torpaq səthinin çökməsi nəticəsində yaranır. Onlar diametri bəzən bir neçə kilometrə, dərinliyi 30 m-ə çatan ovallar formasında olur. A. otlarla örtülür, yaxud onun dibində göl yaranır, azmeyilli yamaclarında isə ot bitir. Dünyada ən böyük A. sahəsi 60 km2-ə bərabər Mürü (Yakutiya) A.-dır.

Coğrafiya terminləri lüğəti