Reklam
Reklam

Fizika terminlər lüğəti

ALBEDO lat. albedo – ağ

Səthin işıqqaytarma qabiliyyətini xarakterizə edən kəmiyyət.

Səthdən səpilən işıq selinin həmin səthə düşən selə nisbəti ilə ölçülür. Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy cisimlərinin xarakteristikası kimi baxılır. A. şüa enerjisinin tam seli (inteqral A.), müxtəlif spektr intervalları (spektrin görünən hissəsi üçün bu, vizual A. adlanır) və monoxromatik sel üçün hesablanır. Yerin, okean və dənizlərin vizual müstəvi A.-su 0,03, təzə qarla örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 0,1 – 0,3-dür (infraqırmızı hissədə 0,9-dur).

Fizika terminlər lüğəti